ABŞ neftini daşıyan supertanker Avropaya çatıb

219

Təqribən, 2 milyon barel ABŞ neftinin olduğu “Vessel Solana” supertankeri İspaniyanın Bilbao limanına çatıb. Gəmi buradan Rotterdam və Vilhelmshafenə yola düşəcək.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu, son 6 ildə ABŞ-dan Avropaya gəlmiş ilk neft supertankeridir.

Adətən ABŞ nefti Avropaya 600 min – 1 milyon barel aralığında yükgötürmə qabiliyyəti olan daha kiçik tankerlərlə göndərilir.

Analitiklər hesab edirlər ki, Rusiyadan idxal edilən neftə alternativlər axtarışından olan region ölkələri üçün bundan sonra supertankerlərlə neft göndərilməsi artacaq. Daha bir supertankerin may ayında Almaniyaya çatacağı gözlənilir.