Bu şirkətlər işçi yığır: MAAŞ 1000-2500 manat – 13 VAKANSİYA

445

VAKANSİYA 1

Trion Trade

Bölgə müdiri

Son tarix 04 iyn 2022 – [email protected]

İşin təsviri:

  • Satış kanalları üzrə ümümi iş prinsipini müəyyənləşdirilməsi, satış hədəflərinin yerinə yetirilməsinə nəzarət
  • Tabeliyində olan satış təmsilçilərinin satış marşrutunun müəyyənləşdirilməsi və həyata keçirilməsinə nəzarət
  • Şirkətin məhsullarına dair tanıtımlar etmək, müştərilərə müəssisə, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması
  • Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi
  • Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, qarşıya qoyulan hədəflərin və satış planının yerinə yetirilməsi
  • Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
  • İş qrafiki: həftədə 6 gün: 
  • Bazar ertəsi-Şənbə günu, Saat 09:00-dan-17:00-dək
  • Əmək haqqı: 1500 ₼

Namizədə tələblər:

  • Ali təhsil
  • Satış sahəsində ən azı 3-5 il iş təcrübəsi olmalı (Bölgə müdiri kimi 2 il)
  • Öz satış komandası olanlara üstunluk verilir 
  • Müştərilərlə ilə ünsiyyət qurmaq bacarığı
  • Kollektiv ilə işləmə bacarığı
  • Kreativlik, analitik bacarıq
  • Satış və təqdimat bacarıqları olmalı
  • İşgüzar və məqsədyönlü 
  • Şəxsi avtomobil mütləq (Məsrəflər şirkət tərəfindən ödənilir benzin+amortizasiya)
  • Yaş həddi: 30 — 45 yaş 

VAKANSİYA 2

INEO Group

Senior Accountant

Son tarix 30 may 2022 – [email protected]

График работы:    09:00-18:00, пятидневный 

Заработная плата:  1200-1500 AZN

Основные обязанности:

  • Ведение первичного бухгалтерского учета в программе 1С Бухгалтерия.
  • Ведение налогового и управленческого учета
  • Составление и сдача налоговой отчетности
  • Составление и сдача статистической отчетности
  • Умение отвечать на письма 

Требования :

  • Высшее профильное образование
  • Опыт работы на соответствующей позиции от 2-х лет
  • Возраст 25-30 лет
  • Знание 1С Бухгалтерии, отличное владение Microsoft Office 
  • Свободное владение азербайджанским и русским языками 
  • Умение работать с Elektron Portalı ( e-taxes.gov.az , e-gov.az )
  • Знание Трудового и Налогового Кодекса.

Заинтересованных просьба отправлять CV по адресу с указанием названия позиции в теме письма

VAKANSİYA 3

Optimal Electronics

Mağaza müdiri (Ağdam)

Son tarix 29 may 2022 – Müraciət et

Tələblər:

  • Mağazanın idarə ediləsi sahəsində azı 3 il iş təcrübəsi;
  • Komandanın idarə edilməsi təcrübəsi;
  • Satış sahəsinə dair nəzəri və praktik biliklər;
  • Satışın Planlanması və Planın icrasına dair təcrübə;
  • Azərbaycan və rus dillərini səlis bilməli.

Əsas vəzifələr:

  • Mağazanın daxilində pozitiv komanda ruhunun yaradılması;
  • Satışın effektiv həyata keçirilməsi;
  • Mağaza işçilərinin davamiyyətinin izlənilməsi;
  • İşçilərə iş yerində təlimlərin keçirilməsi;
  • Şirkət tərəfindən təyin olunan mağaza satış hədəflərinin müəyyənləşdirilməsində fəal iştirak edir.
  • Mağaza satış hədəflərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin edir;
  • Mağaza satışlarının artırılması məqsədilə müxtəlif proqram və layihələr hazırlayır, onları müzakirə üçün departamentə təqdim edir.
  • Müstəqil bazar araşdırmaları aparır, rəqiblər barədə məlumatlar toplayır, onları müvafiq struktur vahidlərinə göndərir;
  • Şirkətin müvafiq departamentlərinə hesabatların verilməsi;
  • Mağazanın işçi heyətinin effektiv idarə edilməsi;

Biz Sizə təklif edirik:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Həftədə 6 iş günü, 1 gün istirahət
  • Əmək haqqı: 600-1500 AZN (Namizədin bilik və bacarıqlarına uğun olaraq,  razılaşma əsasında).

Müraciət etmək üçün aşağıdakı linkə müraciət edə bilərsiniz.

VAKANSİYA 4

Veysəloğlu MMC

Regional satış müdiri

Son tarix 04 iyn 2022 – [email protected]

İş yeri: Bakı şəhəri

Təhsil: Ali (Biznesin İdaredilməsi,Marketinq və ya İqtisad yönümlü).

Vəzifə öhdəlikləri: 

  • Günlük satış analizini kateqoriya bazında araşdırmaq ,Satış hesabatlarını kontrol və analiz etmək;
  • Satış müdirlərinin və satış təmsilçilərinin aylıq hədəflərini təyin edərək bu barədə məlumatlandırmanı həyata keçirmək və mütəmadi olaraq hədəflərin yerinə yetirilmə hərəkətini izləmək;
  • Gündəlik olaraq xüsusi tapşırıqların hesabatına nəzarət etmək;
  • Görülən işlərin ərazidə yoxlanılmasına günlük və ya həftəlik olaraq nəzarət etmək,mütəmadi ezamiyyətə getmək;
  • Ərazidəki potensiallı müştərilərin satışına mütəmadi olaraq nəzarət etmək və satışın artırılması istiqamətində təkliflər vermək;
  • Hər ayın əvvəli keçən ayın satış müdiri və satış təmsilçi bazında (rayon üzrə sub kateqoriya satışlar və nöqtə sayı) hesabatları təqdim etmək;
  • Rəhbərlik tərəfindən müəyyən vaxtlarda təyin edilmiş digər vəzifələrin icra edilməsi

Tələblər:

  • Satış sahəsi üzrə rəhbər kimi ən azı 3 il təcrübə;
  • Analitik düşünmə və problemlərə kreativ biznes yönümlü həllərin tapılması bacarığı;
  • Yüksək səviyyədə ünsiyyət qurma və təqdimat bacarığı;
  • Təşəbbüskarlıq,mükəmməl mentorluq,kouçinq,komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti;
  • Microsoft Office (Excel) komputer proqramından sərbəst istifadə etmək bacarığı

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə

İş qrafiki: 5 gün 09:00-dan 18:00-dək

Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “regional satış müdiri” yazmaqla müraciət edilir.

VAKANSİYA 5

BSC Consulting & Outsourcing Company

Mühafizə rəisi

Son tarix 04 iyn 2022 – [email protected]

Tələblər:

  • Cins: kişi
  • Boy 180-dən yuxarı olmalı
  • Hərbi bilet mütləqdir
  • Dil biliyi: Azərbaycan, Rus dili arzuolunandır
  • İş təcrübəsi: Təhlükəsizlik xidmətinə rəhbərlik sahəsində ən azə 3 il iş təcrübəsi
  • SƏTƏM və ya əməyin təhlükəsizliyi üzrə iş təcrübəsinin olması
  • İdarəçilik bacarığı
  • Güclü ünsiyyət və danışıq qabiliyyəti
  • Stres altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarığı
  • Baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək bacarığı

İş barədə məlumat:

  • Xammalın, materıalın, avadanlığın və məhsulun müəssisəyə giriş-çıxışı zamanı sənədlərini yoxlamalı və imzaladığı hər sənədə şəxsən və şərtsiz məsuliyyət daşıyır
  • Şirkətdə istehsal olunan məhsullar qorunmalı, habelə kommersiya sirrinin qorunması naminə vaxtaşırı tədbirlər keçirilməlidir
  • Müəssisədə və istehsal sahələrində reydlər kecirməli və həmin yerlərin mühafizəsini təmin edə biləcək tədbirlərin görulməsi barədə təkliflər verməlidir
  • Tabeliyində olan əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünü aparmalıdır
  • Təhlükəsizlik əməkdaşlarıın gün ərzində xidməti geyimlərini, şəxsi gigiyenasını yoxlamalıdır
  • Müəssisənin mülkiyyətində və istifadəsində olan ərazinin, daşınar və daşınmaz əmlakın, habelə əməkdaşlarının nəzarətini təşkil etməlidir
  • Müəssisəyə buraxılış sisteminin təşkilinə və ona riayət olunmasına nəzarət etməlidir
  • Öz səlahiyyətləri daxilində rəhbərlik tərəfindən verilən digər göstərişlərin icra olunmasının təmin edilməsi

İş şəraiti:

  • İş qrafiki : Həftənin 6 günü, 1 gün istirahət
  • Əmək haqqı: 800-1000 azn
  • Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır

bölməsində vakansiyanın adını qeyd etmək mütləqdirVakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində “Mühafizə rəisi” qeyd etməklə göndərmələri xahiş olunur.

VAKANSİYA 6

Başak Group

Mağaza Müdiri

Son tarix 04 iyn 2022 – [email protected]

Tələblər:

  • Ali təhsil,
  • Geyim, mebel sektorunda minimum 3-5 il təcrübə,
  • Azərbaycan və rus dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı,
  • MS Office komputer proqramından sərbəst istifadə etmək bacarığı,
  • Komandada işləmə bacarığı.
  • Xanım namizədlərə üstünlük veriləcək.

Vəzifə öhdəlikləri:

  • Mağaza müştəri xidmətləri bölmələrinin fəaliyyəti ilə bağlı mərkəzlə mağaza arasında koordinasiyanı təmin etmək və izləmək,
  • İşçi məmnuniyyətini və satış performansını artırmaq,
  • Mağazada müştəri portfelinin yaradılması,
  • Müştəri şikayət / təklif sisteminin idarə edilməsi,
  • Mağazanı sərfəli və nümunəvi bir müəsissəyə çevirmək,
  • Lazımi hesabatların vaxtında və dəqiq şəkildə verilməsini təmin etmək,
  • Məhsulları sayaraq stok izləməsini həyata keçirmək,
  • Mağazadakı lojistik tətbiqetmələri həyata keçirmək.

İş şəraiti:

  • Əmək haqqı: 1000 AZN + bonus (KPİ)
  • Nahar şirkət tərəfindən verilir,
  • Korporativ nömrə,

Ünvan: Dərnəgül şosesi 31, məhəllə 5, Ziya Bünyadov pr. 3105

İş günlərinin sayı 6 gün, şənbə günü qısaldılmış.

Tələblərə uyğun şəxslər CV-lərini elektron poçt ünvanına mövzu hissəsinə “Mağaza müdiri” yazaraq göndərə bilərlər

VAKANSİYA 7

AzəriMed QSC

Optika üzrə tibbi nümayəndə

Son tarix 05 iyn 2022 – [email protected]

Tələblər:

  • Yaş: 22-35;
  • Xanım namizədlər tələb olunur;
  • Təhsil: Ali və ya orta təhsil;
  • Təcrübə: Tibbi nümayəndə olaraq minimum 1 il iş təcrübəsi (Optika sahəsində təcrübənin olması üstünlükdür);
  • Dil bilikləri: Azərbaycan dilində sərbəst ünsiyyət bacarığına malik olmalı (Rus dili biliyi arzu olunandır);
  • Effektiv kommunikasiya və təqdimat bacarığı.

Vəzifə öhdəlikləri:

  • Gündəlik olaraq tibbi müəssisələri və aptekləri ziyarət etmək;
  • Təyin olunmuş optika məhsullarının tibbi müəssisələr və apteklərdə təqdimatı;
  • Optika məhsullarının satışını təşkil etmək;
  • Mütəmadi olaraq görülən işlər barədə hesabatın təqdim edilməsi.

İş şəraiti:

  • İş qrafiki: Tam iş günü
  • Əmək haqqı: 500-1200 AZN

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində  “Optika üzrə Tibbi Nümayəndə” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.

Əlavə suallar üçün 055-455-58-71 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

VAKANSİYA 8

StudyLab

Təlim – tədris işləri üzrə direktor müavini

Son tarix 05 iyn 2022 – [email protected]

Təklif olunan əmək haqqı 1200 – 1500 AZN təşkil edir.

Direktor müavini mərkəzdə təlim– tədris prosesinin düzgün təşkilinə, təlim proqramlarının həyata keçirilməsinə və tədris keyfiyyətinə görə məsuliyyət daşıyır, elmi – tədris işinin hazırlanmasına, şagirdlərin tərəqqisinə və davamiyyətinə nəzarəti həyata keçirir, məktəbdə metodiki işi təşkil edir, təlim cədvəlinin və elmi – tədris işinin vəziyyəti haqqında hesabat tərtib edir.

  • Təlim – tədris işləri üzrə direktor müavini ali pedaqoji təhsilli və 3 ildən çox pedaqoji stajı olan ən yaxşı müəllimlərdən təyin ediləcək. 
  • Tədris, təlim – tərbiyə prosesinin düzgün təşkilinə rəhbərlik və nəzarət edir. 
  • Zərurət olanda 1 – ci müavin kimi direktoru əvəz edə bilər.

Hüquq və Vəzi̇fələri̇:

  • Mərkəzin direktoru ilə birlikdə mərkəzin illik iş planını (Fəaliyyət Planı və Tədbirlər Planını) hazırlayır.
  • Müəllimlərin illik tematik planlarının tərtibinə rəhbərlik edir, tədris planına uyğunluğunu təsdiq edir. Dərs planlarının hazırlanmasına nəzarət edir və bu planların müəllim tərəfindən keyfiyyətli hazırlanmasını, onlara tədris prosesini planlaşdırmağı öyrədir.
  • Şagirdlər üçün dərslərin, dərnək və dərsdənkənar fəaliyyətlərin cədvəlini hazırlayıb, direktoruna təsdiq olunmaq üçün təqdim edir.
  • Təhsilin məzmununun tam həyata keçirilməsini təmin edir: tədris planı və proqramlarının düzgün yerinə yetirilməsinə nəzarət edir;
  • Vaxtaşırı olaraq müxtəlif fənlərdən tədris proqramları ilə müəllimlərin təqvim – mövzu planlarını və dərs jurnallarını tutuşdurur, proqramın icrasında kəsirlər olduqda onun aradan qaldırılması üçün tədbirlər görür;
  • Tədris planı əsasında dərs cədvəlini tərtib edib ona düzgün əməl edilməsinə nəzarəti həyata keçirir;
  • Dərslərin təşkilinə nəzarət edir: ayrı – ayrı fənlər üzrə dərslərin planlaşdırılması və planların həyata keçirilməsinə nəzarət edir;
  • Dərsləri müşahidə edib, onların səmərəli təşkili, pedaqoji tələblərə nə dərəcədə cavab verməsini yoxlayır;
  • Dərsdə yol verilən nöqsanları üzə çıxarıb müəllimlə birlikdə təhlil edir, müəllimə metodik tövsiyyələr verir;
  • Metodik işə rəhbərlik edir: fənlər üzrə metodbirləşmələrin yaradılması, onların işinin planlaşdırılması, metodbirləşmə iclaslarının təşkilinə rəhbərlik edir;
  • Dərslərdə yeni təlim metodları və texnologiyaların tətbiqi vəziyyətini öyrənib, pedaqoji şurada müzakirəsini təşkil edir; 
  • Dərslərdə təlim üçün əyani vasitələrin istifadə olunmasını təşkil və nəzarət edir.
  • Açıq dərslərin təşkilinə rəhbərlik edir; 
  • Müəllimlərin metodik hazırlığının yüksəldilməsi, ixtisasartırmanın təşkili, qabaqçıl pedaqoji təcrübənin öyrənilməsi və yayılması məsələlərinə rəhbərlik edir;
  • Bu və ya digər müəllimin iş sistemini, üslub və metodlarını, dərsdə təhsil, tərbiyə və inkişaf funksiyalarının necə yerinə yetirilməsini öyrənib müzakirə edilməsi və nəticələr çıxarılmasını təmin edir;
  • Şagirdlərin təlim naliyyətlərini arşdırmaq üçün sinif jurnallarına nəzarət edir, şagirdlərin təlim naliyyətlərinin inkişafına və davranışına nəzarəti həyata keçirir. Şagirdlərin yarımillik, illik və yekun qiymətləndirilməsinin uçotunu aparır;
  • Təlim naliyyətləri zəif olan və ya davranış normalarından kənar çıxan (risq qrupu) şagirdlərin üzərində şəxsi nəzarəti həyata keçirdir.
  • Müəllimlərin peşəkarlıqlarının inkişafı üçün təkliflər, layihələr hazırlayır, onların həyata keçirilməsinə nəzarəti həyata keçirir.

Təlim- Tədris işləri üzrə direktor müavini nəzarət edir:

  • Vaxtaşırı olaraq sinif jurnallarının,müəllimlərin tədris planları və proqramları ilə bağlı sənədlərinin düzgün yazılmasına;
  • Şagirdlərin tələb edilən sahələr üzrə texniki təhlükəsizik qaydaları ilə müəllimlər tərəfindən tanış edilməsinə;
  • Müəllimlərin pedaqoji fəaliyyətinə, etik – davranış qaydalarına əməl etməsinə;
  • Şagirdlərin məktəbdaxili intizam qaydalarına əməl etməsinə;
  • Dərs məşğələlərinə, dərnəklərə, fakültətiv və fərdi qrup məşğələlərinə, dərsdənkənar məşğələlərə, məktəbdə fəaliyyət göstərən digər tədris sahələrinə;

Təlim -Tədris işləri üzrə direktor müavininin hüquqları:

  • İstənilən dərs məşğələlərində, dərnək, fakültətiv və fərdi qrup məşğələlərində, dərsdənkənar məşğələdə iştirak etmək, dinləmək, müşahidə etmək;
  • Pedaqoji heyətə vəzifə səlahiyyətləri çərçivəsində tapşırıqlar vermək;
  • Pedaqoji şurada iştirak etmək, hesabatlar, təkliflərlə çıxış etmək;
  • Pedaqoji işçilərin, işini analiz etmək, qiymətləndirmək və nəzarət etmək;
  • Peşəkarlığı üzərində işləmək;

Nami̇zədə Dai̇r Tələblər:

Təhsil və Təcrübə:

  • Minimum bakalavr dərəcəsi tələb olunur. Biznes idarəetməsi, təhsil və ya siyasət üzrə magistr və ya doktorantura dərəcələrinin olması arzuolunandır.
  • Proqrama maraqlı tərəfdaşlarla əlaqələrin qurulması təcrübəsi
  • Komanda idarəetməsində minimum 3- 5 illik idarəetmə təcrübəsinə malik olması.
  • Büdcə və maliyyə ilə işləmə təcrübəsi.
  • Yüksək səviyyəli ingilis dili biliyinin olması. Rus dili bilməsi arzuolunandır.
  • Məktəblilərlə iş təcrübəsinin olması üstünlükdür.

Təlim- Tədris işləri üzrə Direktor Müavininin (DM) iş rejimi:

  • İş rejimi bağlanan əmək müqaviləsinə görə müəyyən edilir.
  • İş yeri : “StudyLab” Mərkəz Ofis – Cəlil Məmmədquluzadə 102A, City Point Baku.

Müraciət qaydası: elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “TƏLİM – TƏDRİS İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ” yazıb CV göndərməklə müraciət edilir. 

VAKANSİYA 9

Clinic

Clinic manager

Son tarix 29 may 2022 – [email protected]

Responsibilities:

  • Recruit, hire and coordinate the training of new staff members
  • Design and implement business strategies to help the clinic meet organizational goals
  • Manage staff by assigning and delegating tasks as needed
  • Develop protocols and procedures to improve staff productivity
  • Act as a liaison between patients, their families and additional care staff
  • Perform quarterly and and annual employee reviews and provide constructive feedback on their performance to help them meet professional goals

Qualifications:

  • High education degree
  • 3-5 years prior experience working in a clinical or healthcare setting
  • Exceptional written and verbal communication skills
  • Analytical thinking skills and the ability to exercise sound judgement when making decisions
  • Must be customer service oriented and prepared to liaise with patients, their families and other care providers
  • Extremely organized and detail oriented
  • Ability to delegate tasks as needed

Working conditions:

  • Working mode 09:00-18:00 (6 days a week)
  • Salary is 1000-1200 azn
  • Break time 13:00-14:00

VAKANSİYA 10

Başak Group

Korporativ satış şöbəsinin müdiri

Son tarix 04 iyn 2022 – [email protected]

Namizədə aid tələblər:

  • Ali təhsil;
  • Azərbaycan, rus və ingilis dillərində yüksək səviyyədə danışıq qabiliyyəti;
  • Müvafiq vəzifə üzrə minimum 4-5 il təcrübə;
  • Yüksək Microsoft Ofis proqramları biliyi;
  • Ünsiyyət və analitik düşünmə,liderlik, analiz etmə bacarığı;
  • Dürüstlük və kollektivdə işləmə bacarığı.

Vəzifə öhdəlikləri:

  • Gündəlik, həftəlik və aylıq satışın analizinin aparılması və hesabatın hazırlanıb rəhbərliyə təqdim edilməsi;
  • Bazarın araşdırılması;
  • Yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması;
  • Müştəri bazasının formalaşdırılması
  • Şirkətin satış həcminin artırılmasına dəstək;
  • Korporativ müştərilər ilə mütəmadi görüşlərin keçirilməsi;
  • Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması;
  • İşçilərin şirkət daxili nizam-intizam qaydalarına riayət etmələrinin təmin olunması;
  • Gündəlik hesabatların hazırlanıb rəhbərliyə təqdim olunması;
  • Rəhbərliyin verdiyi tapşırıqlarının vaxtında və düzgün yerinə yetirilməsi.

İş qrafiki:

  • Həftə içi 5 gün saat 09:00-18:00, şənbə yarı iş rejimi.
  • Əmək haqqı: 2000 AZN + bonus (KPİ)
  • Nahar şirkət tərəfindən verilir,
  • Korporativ nömrə (korporativ paket),
  • Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.

Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə Satış Müdiri yazaraq göndərə bilərlər.

VAKANSİYA 11

Happy Market

Mühasib

Son tarix 04 iyn 2022 – [email protected]

Əmək haqqı: 800-1200 (biliklərərə əsasənbiliklerine esasen)

İş saatı 09:00 – 19:00

Həftənin 6 günü iş günüdür

Nahar şirkət tərəfindən verilir.

Market sahəsində təcrübəsinin olması arzuolunandır.

Namizədə aid tələblər:

  • Yaş həddi: 28-35
  • Mühasibatlıq və ya maliyyə ixtisası üzrə tam ali təhsil Mühasib kimi 2-3 il iş təcrübəsi;
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
  • MS Office, 1C, BTP, EVHF hesabatları mükəmməl səviyyədə bilməli; 
  • ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə çalışa bilməli. 

İş haqqında məlumat:

  • Vergi, statistika və DSMF hesabatların hazırlanması; 
  • Maliyyə, büdcə, maya dəyəri hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib edilməsi, düzgünlüyünün analızı və təqdim edilməsi; 
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi; 
  • Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi.

Əlaqə nömrəsi: 0552228020. 

VAKANSİYA 12

Para BOKT

Filial meneceri (Bakı)

Son tarix 05 iyn 2022 – vakansiy[email protected]arabokt.az

Əsas vəzifələr:

  • Filialda kredit işçilərinin fəaliyyətinə, həmçinin onların nəzərdə tutulan və ya verilmiş kreditlərinə nəzarət edilməsi;
  • Yeni kredit və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlığın göstərilməsi;
  • Kreditlərin verilməsi və təsnifləşdirilməsi üzrə müvafiq normativlər və qaydalar üzrə kreditlərin komitəyə çıxarılması;
  • Verilmiş kreditlərin izlənilməsi və vaxtında ödənişlərin təmin edilməsi;
  • Mövcud məlumat bazası əsasında gecikdirilmiş ödənişlər, borclar və borcların alınması müddətləri haqqında mütəmadi məlumat verilməsi;
  • Kredit portfelinin keyfiyyətinin qorunmasına nəzarət edilməsi;
  • Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
  • Filial üzrə aparılan kreditvermə prosesi zamanı hədəflərə nail olmaq üçün Baş Ofisdən lazımi və zamanında dəstək göstərilməsini təmin etmək;

Namizədə olan tələblər:

  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Ali təhsil
  • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
  • Yaş həddi 25-39 (yalnız bəy namizədlər)
  • Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;

İş qrafiki:

Bazar ertəsi – Cümə: 09:00 – 18:00

Ə/h: 1000 AZN + bonus

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Filial meneceri” başlığı ilə elektron ünvanına göndərməkləri xahiş olunur.

Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.

VAKANSİYA 13

Can-Pa

Baş mühasib

Son tarix 04 iyn 2022 – [email protected]

Vəzifə öhdəlikləri:

  • Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunu təşkil etmək;
  • Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
  • Təsərrüfat daxili ehtiyatlarının aşkara çıxarılması və səfərbər edilməsi məqsədilə mühasibat uçotu və hesabatının məlumatları üzrə Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini, inventarizasiyanın aparılmasını təmin etmək;
  • Əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərinin və pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotu hesablarında vaxtında əks etdirilməsinə nəzarət etmək;
  • Vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatını təqdim etmək;
  • Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
  • Gəlirlərin müəyyən olunmuş müddətlər çərçivəsində daxil olmasına nəzarət etmək;
  • Cəmiyyətin bank hesabları üzrə aparılan maliyyə və hesablama əməliyyatların operativ uçotunun aparılmasını təmin etmək;
  • Müqavilələr əsasında alınan malların və xidmətlərin dəyərinin vaxtında ödənilməsini təmin etmək;
  • Cəmiyyətin fəaliyyəti ilə bağlı vergi qanunvericiliyi ilə müəyyən edilmiş zəruri sənədlərin, hesabatların tərtibatı və vergi orqanlarına təqdim etmək;
  • Maliyyə vəsaitlərin hərəkətinin uçotunu aparmaq və maliyyə uçotun standartlarına uyğun olaraq maliyyə fəaliyyətinin nəticələri barədə hesabatları tərtib etmək;
  • Cəmiyyətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə məlumatları hazırlayıb rəhbərliyə təqdim etmək;
  • Mədaxil-məxaric büdcəsinin, pul vəsaitlərinin, həcm gəlirinin formalaşdırılmasını təmin etmək;
  • Statistik hesabatların təhvil verilməsi üçün məlumatları hazırlayıb rəhbərliyə təqdim etmək;
  • Maliyyə-mühasibatlıq sənədlərin düzgün və vaxtında rəsmilləşdirilməsinə nəzarət və sənədlərin arxivləşdirilməsini təmin etmək;
  • Xəzinə, təsərrüfat və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunu aparmaq;
  • Əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarətini təmin etmək.

Tələblər:

  • Maliyyə mühasibatlıq sahəsi üzrə ali təhsil;
  • İstehsalat və senaye sektorlarında baş mühasib vəzifəsində ən azı 5 il iş təcrübəsi;
  • Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilmək;
  • Milli mühasibat uçotu standartlarını yüksək səviyyədə bilmək;
  • İnkişaf etmiş rəhbərlik və təşkilatçılıq qabiliyyəti;
  • Detallara qarşı diqqətlilik və məsuliyyətlilik;
  • Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
  • Əla səviyyədə Azərbaycan dili;
  • MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
  • Mühasibatlıq proqramlarında sərbəst işləmək bacarığı (Micro üstünlükdür)
  • F1 – (Business accounting), F3 – (Finance accounting) sertifikatlarının olması üstünlükdür.
  • 27 – 40 yaş

İş şəraiti:

  • İş qrafiki: 09:00-18:00 (6 günlük)
  • Əmək haqqı: 1700-2500 AZN 
  • İş yeri: Xırdalan (Hökməli qəs.)
  • Nahar şirkət tərəfindən təmin olunur

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Baş Mühasib” qeyd edərək e-ünvanına göndərə bilərlər.

fed.az