“Petkim” qlobal təsirlərə baxmayaraq, ilin ilk rübünü mənfəətlə başa vurdu – CƏDVƏL

296

İlin ilk rübündə 1,8 milyard TL xalis mənfəət əldə edən “Petkim” qlobal təsirlərə baxmayaraq, istehsala fasiləsiz davam edib. 

Oxu.Az xəbər verir ki, Türkiyənin ən böyük xarici investoru “SOCAR Türkiye”nin törəmə müəssisələrindən olan “Petkim” 2022-ci ilin ilk rübünü 1,7 milyard TL ümumi, 1,8 milyard TL xalis mənfəətlə başa vurub.

“Petkim” qlobal miqyasda geosiyasi risklərə baxmayaraq, ilk rübdə uğurlu idarəçilik, yüksək məhsuldarlıq və STAR NEZ-in fasiləsiz xammal dəstəyi ilə cari ilə də uğurla başlayıb.

2022-ci ilin ilk rübündə valyuta təminatlı depozit sisteminin təsiri ilə nağd pul ehtiyatını gücləndirməyə nail olan “Petkim”, xərclərin artmasına baxmayaraq, istehsala fasiləsiz davam edib. İlk 3 aylıq dövrdə 11,4 milyard TL satış gəliri əldə edən “Petkim”in kommersiya satışları ümumi satışlarının 33%-ni təşkil edib. “Petkim” bu çətin dövrdə 258 milyon TL məbləğində korporativ gəlir vergisi ilə Türkiyə iqtisadiyyatı üçün iqtisadi dəyər yaratmağa davam edib.

ƏSAS GÖSTƏRİCİLƏR2022-ci ilin I rübü2021-ci ilin I rübüDəyişiklikFərq
2022-ci ilin I rübü ilə 2021-ci ilin I rübü arasında fərq 2022-ci ilin I rübü ilə  2021-ci ilin I rübü arasında fərq
Xalis satışlar (milyon TL)114215034127%6387
Ümumi mənfəət (milyon TL)1675121038%465
Ümumi mənfəət marjası (%)14,7%24,0%-9,4 
Xalis mənfəət (milyon TL)175389297%861
Xalis mənfəət marjası (%)15,3%17,7%-2,4 
EBITDA (milyon TL)1603122531%378
EBITDA marjası (%)14,0%24,3%-10,3