Hidrogen daşıma qabiliyyətinə malik tanker uzağı 2027-ci ilədək inşa ediləcək

66

“C-Job Naval Architects” və “LH2 Europe” şirkətləri 37,5 min kubmetr hidrogen daşıma qabiliyyətinə malik tankerin layihəsini hazırlayıblar. Gəminin 2027-ci ilə qədər inşa edilməsi və hidrogenin bərpa olunan enerji potensialının artıq olduğu Şotlandiyadan Almaniyaya nəqli üçün istifadə edilməsi planlaşdırılır.

“Seanews.az” xəbər verir ki,  gəmi cəmi bir səfərdə 400.000 orta ölçülü hidrogen avtomobili və ya 20.000 ağır yük maşını üçün kifayət qədər yanacaq çatdıra biləcək Bu da hazırda fəaliyyət göstərən maye hidrogen tankerinin daşıma qabiliyyətindən 30 dəfə çoxdur.

Uzunluğu 141,75 metr, eni 34,9 metr, suya oturumu  8,75 metr olan gəmi 14 düyün sürətlə hərəkət edəcək.

Gəminin heyəti 14 nəfər nəzərdə tutulur.