Rusiyanın ən böyük gəmiçilik şirkəti borclarına görə donanmanın bir hissəsini satıb

140

“Sovkomflot” təxminən on gəmisini Asiya və Yaxın Şərqdəki alıcılara satıb. Rusiyanın ən böyük gəmiçilik şirkəti Qərb banklarına olan kreditlərin qaytarılması üçün donanmanın bir hissəsindən imtina etməli olub.

Şirkət Dubayın “Koban Shipping” şirkətinə beş tanker və Sinqapurun “Eastern Pacific Shipping” şirkətinə dörd LNG daşıyıcısı satıb. Sonuncu gəmilərin sahibi olan banka 700 milyon dollar ödəyib. “Sovkomflot” borclarına görə gəmilərin başqa şirkətlərə də satılması ilə bağlı danışıqlar aparır.

Sövdələşmə çərçivəsində bəzi əməliyyatlar daşıma şirkətləri vasitəsilə həyata keçiriləcək. Belə ki, sanksiyaya məruz qalan şəxsdən birbaşa alış-veriş etmək cərimə sanksiyaları riskini daşıya bilər. Satılan gəmilərin bəzilərinin adları artıq dəyişdirilib və müxtəlif bayraqlar altında qeydiyyatdan keçirilib.

Sövdələşmələr mayın 15-dən əvvəl – Avropa şirkətlərinin anti-Rusiya sanksiyalarının bir hissəsi olaraq Rusiya ilə işlərini dayandırmalı olduğu tarixdə bağlanır. Bundan əvvəl isə “Sovkomflot” öz donanmasının üçdə birini satmağı planlaşdırdığını təkzib etmiş və bunun “mediada yayılan şişirdilmiş söz-söhbətlər” olduğunu qeyd etmişdi.

Mənbə: Lenta.ru