Dövlət Dəniz və Liman Agentliyində Yeni Azərbaycan Partiyasının ərazi ilk partiya təşkilatının formalaşdırılması üçün hesabat-seçki konfransı keçirilib.

549

Konfransda açılış nitqi ilə çıxış edən Agentliyin İdarə Heyətinin sədri Arif Məmmədov Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının tarixindən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında partiyanın keçdiyi inkişaf yolundan, dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində partiyanın gördüyü işlərdən danışıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aparatı rəhbərinin müavini Asif İsmayılov və Səbail rayon Yeni Azərbaycan Partiyasının sədri Muxtar Nağıyev Yeni Azərbaycan partiyasının strukturu, proqramı və hədəfləri barədə çıxışlar ediblər. Çıxışlardan sonra ərazi ilk partiya təşkilatına sədr və sədr müavini vəzifələrinə seçki keçirilib.

Səsvermə nəticəsində ərazi ilk partiya təşkilatının sədrliyinə Agentliyin İdarə Heyətinin sədr müavini Etibar Bağırov, sədr müavini vəzifəsinə isə Agentliyin şöbə müdiri Gülər Məmmədova seçilib.