Dünyada ilk dəfə olaraq Dənizçi Qadınlar Günü qeyd olunur – VİDEO

180

18 may Beynəlxalq Dənizçi Qadınlar Günüdür.

“Seanews.az” xəbər verir ki, bu gün Beynəlxalq Dəniz Təşkilatı (IMO) Şurasının 2021-ci ilin 8-12 noyabr tarixlərində təşkil olunan sessiyasında təsis edilib. 

Azərbaycanda gəmiçiliyin inkişafında zərif cinsin nümayəndələri bütün dövrlərdə böyük rol oynayıblar. Bu gün də qadınlar dənizçilik sahəsinə əhəmiyyətli töhfə verməkdə davam edirlər.

Tutduğu vəzifədən asılı olmayaraq taleyini dənizçiliklə bağlayan zərif cinsin nümayəndələrini bu gün münasibətilə təbrik edir, uğurlar arzulayırıq. Dənizçilik sektorunda çalışmış və dünyasını dəyişmiş dənizçi xanımların hər birini isə minnətdarlıqla xatırlayırıq.

Beynəlxalq Dənizçi Qadınlar Günü münasibətilə IMO-nun baş katibi Kitak Lim müraciət edib. Həmin müraciəti təqdim edirik.