“DP World” iki multimodal operatorunu birləşdirir

137

“DP World” iki multimodal operatorunu – “P&O Ferrymasters” və “Unifeeder Shortsea”-nı Avropada xidmətləri genişləndirmək üçün birləşdirəcək.

“Seanews.az” xəbər verir ki,  birgə müəssisə müqaviləsi artıq “DP World” tərəfindən imzalanıb və qüvvəyə minib. Müqaviləyə əsasən, hər iki operatorun imkanlarını birləşdirən və müştərilərə qoşqu, konteyner, qatar, eləcə də köməkçi logistik həllərdən istifadə etməklə Avropadaxili multimodal daşımaları təklif edən vahid brend – “P&O Ferrymasters” yaradılır.

“Unifeeder Shortsea” şirkəti  indi yeni “P&O Ferrymasters” birgə müəssisə brendi altında fəaliyyət göstərəcək, eyni zamanda əvvəllər “P&O Ferrymasters” və “Unifeeder Shortsea” şirklətləri tərəfindən imzalanmış müqavilələri yerinə yetirəcək.