Tatarıstan sərhədləri daxilində 75 batmış gəminin Volqadan çıxarılması planlaşdırılır

225

2024-cü ilin sonuna kimi Tatarıstan sərhədləri daxilində 75 batmış gəminin Volqadan çıxarılması planlaşdırılır.   

“Seanews.az” xəbər verir ki, “Rosmorreçflot”un rəhbərlik edəcəyi iş “Volqanın bərpası” federal layihəsi çərçivəsində həyata keçirilir.

2022-ci ilin sonuna qədər ilk 13 gəminin qaldırılması üçün layihələr araşdırılıb hesablanacaq. Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, layihənin ümumi dəyəri 1,29 milyard rubl təşkil edir.