ACE layihəsinin baş meneceri: “Beynəlxalq miqyasda rəqabətədavamlı layihə həyata keçiririk”

114

ACE (Azəri Mərkəzi Şərqi) layihəsinin missiyası Xəzər dənizində əldə olunmuş uğurları irəli apararaq və beynəlxalq miqyasda rəqabətədavamlı layihə həyata keçirərək AGT-dəki (Azəri-Günəşli Terminalı) gələcək qurğuların qazma, istismar və icra əməliyyatlarını təhlükəsizlik baxımından transformasiya etməkdir.

“Report” xəbər verir ki, bunu ACE layihəsinin baş meneceri Nil Filips bildirib.

Onun sözlərinə görə, layihədə qazma qurğusu və 48 şaxtası olan quyu sahəsi nəzərdə tutulur:

“ACE-də əvvəlcədən qazma nəzərdə tutulmur. Əməliyyatların idarə olunması Səngəçal terminalından yerinə yetiriləcək, ACE üçün belə bir mərkəz Səngəçaldakı idarəetmə otağına əlavə ediləcək. Neft və su sualtı xəttin ortasında birləşmə üsulu ilə mövcud Şərqi Azəri neft xəttinə qoşulmuş yeni boru kəmərinin vasitəsilə mövcud 30 düymlük kəmərlə Səngəçal terminalına ixrac ediləcək. Laylara suyun vurulması üçün yüksək təzyiqli su ACE platformasına Şərqi Azərinin yaxınlığında sualtı birləşmə üsulu ilə mövcud Mərkəzi Azəri – Şərqi Azəri suvurucu xəttinə qoşulmuş yeni xəttin vasitəsilə təchiz ediləcək. ACE qazı Şərqi Azəri tağı üçün qazın vurulması məqsədi ilə dehidrasiya ediləcək və sıxılacaqdır. Şərqi Azəri tağına vurulmasına ehtiyac olmayan qaz həcmi Mərkəzi Azəri-KSVP-ya ixrac ediləcək və Mərkəzi Azərinin tağına vurulacaq. ACE üzrə iş həcminə profilaktik işlər proqramlarının azaldılması məqsədi daxil edilib”.

N.Filips bildirib ki, layihənin 6 milyard dollar dəyəri olacaq. Məbləğin yarısı tikilmə işlərinə, digər yarısı isə qazma işlərinə sərf olunacaq.