Sıravi heyətin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib

299

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) sıravi heyətin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib.

Bu mərhələdə sentyabrda nəzəri biliklərin yoxlanılması məqsədilə təşkil olunan test imtahanlarında uğurlu nəticə göstərmiş namizədlər iştirak ediblər.

Müsahibə zamanı ASCO-nun Dəniz üzgüçülüyünün təhlükəsizliyi departamenti, Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamenti, İnsan resurslarının idarəedilməsi departamentinin nümayəndələri namizədlərin istehsalat təcrübələri zamanı əldə etdikləri əməyin mühafizəsi normaları, daxili etik davranış kodeksinin qaydaları, böhran vəziyyətlərində idarəetmə və qərarvermə ilə bağlı bilik və bacarıqlarını, eləcə də dünyagörüşlərini yoxlayıblar.

Qeyd edək ki, ASCO-nun İnsan resurslarının idarəedilməsi qaydalarına əsasən namizədlər test imtahanı və müsahibədən uğurlu nəticə göstərdikdən sonra tibbi komisiya yoxlanışına göndərilirlər. Tibbi komisiyanın nəticəsindən sonra onlar donanmaların işçi ehtiyacına uyğun müvafiq qaydada işlə təmin olunurlar.