Yanvar-sentyabrda ASCO üzrə təhvil verilən müxtəlif tullantıların həcmi açıqlanıb

119

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfi təsirlərinin minimuma endirilməsini daim diqqətdə saxlayır. Əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün zəruri qabaqlayıcı tədbirlər görülür.

2022-ci ilin yanvar-sentyabr ayılarının nəticələrinə görə, ASCO gəmilərindən 52,734 m³ plastmas, 567,875 m³ qida qalığı, 473,009 m³ məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və s), 71,1735 m³  istismar tullantısı, 201 m³ neft qalığı, 4172,646 m³ döşəməaltı lyal sular, 70213,7 m³ məişət təsərrüfat çirkab su bağlanmış müqavilələr əsasında təcrübəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazilərimizdən kənarlaşdırılıb.

Bu dövrdə ASCO-nun sahil obyektləri üzrə 228,6 m³ çən dibində formalaşmış neftli şlam, 12 ton yanmış qəlib qumu, 1503,22 ton abraziv (gəmi gövdəsindən çıxan pas-boya-çınqıl-qum qarışığı),  56787,36 ton məişət çirkab suyu, 421 ton neftli döşəməaltı-lyal su, 139,568 ton sürtgü yağı, 4102,63 m³  məişət tullantısı (kağız-karton, taxta, əski, şüşə, metal, butulka və s), 743,07 m³  qida qalığı, 318,75 m³ polimer əsaslı və plastmas tullantı, 67,5 m³ yağlı və neftli tullantı, 131,75 m³ rezin tullantı, 68 ədəd akkumulyator və halvanik element, 376,6 m³ istismar tullantı, 17,21 m³  elektron tullantı, 0,483 m³  tibbi tullantı aidiyyatı üzrə təhvil verilib.

İlin doqquz ayında ASCO üzrə ümumilikdə 0,943 ton kağız, 0,559 ton plastmas, 8361,236 ton qara metal, 4, 64 ton əlvan metal təkrar emala göndərilib.

asco.az