Gürcü dənizçiləri 73 ölkənin ticarət donanmasında işləyə bilərlər

262

Gürcüstan və Niderland dənizçilərin sertifikatlarının qarşılıqlı tanınması haqqında memorandum imzalayıblar ki, bu da gürcü dənizçilərinə Niderland bayrağı altında gəmilərdə üzmək imkanı verəcək.

Bu barədə Gürcüstanın İqtisadiyyat Nazirliyinin Dəniz Nəqliyyatı Agentliyinə istinadən “Sputnik Gürcüstan” xəbər verir.

“Ümid edirəm ki, bu memorandum Niderland və Gürcüstan arasında dinamik gəmiçilik əlaqələrinin başlanğıcı olacaq. Sizi əmin edirəm ki, Gürcüstanın dəniz ictimaiyyəti niderland həmkarları ilə daha sıx əməkdaşlığa ümid edir”, – deyə agentliyin rəhbəri Tamara İoseliani memorandumu imzaladıqdan sonra bildirib.

Onun sözlərinə görə, agentliyin əsas vəzifəsi dəniz təhlükəsizliyi, dəniz mühitinin mühafizəsi və müdafiəsi sahəsində sıx əlaqələri inkişaf etdirməkdir.

Niderland Krallığı aparıcı dəniz dövlətidir və onun bayrağı altında dünyanın ən böyük donanmsı üzür.

Gürcü dənizçiləri 20-si Avropa İttifaqına üzv ölkələr olmaqla 73 dövlətin ticarət donanmasında işləyə bilərlər.

“Seanews.az”