Azərbaycanın təcrübəli kapitanı Zakir Balaşov vəfat edib

896

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin təcrübəli uzaq səfərlər kapitanı Zakir Balaşov 64 yaşında vəfat edib.

O, 1958-ci ildə Cəlilabad rayonunda anadan olub. Ömrünün böyük hissəsini dənizçiliyə həsr edən Z.Balaşov 1976-cı ildə hazırki Azərbaycan Dövlət Dənizçilik Akademiyasını müvəffəqiyyətlə başa vurub. Əmək fəaliyyətinə də elə həmin illərdən matros vəzifəsi ilə başlayan Zakir Balaşov Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nə məxsus müxtəlif tanker və quru yük gəmilərində uzaq səfərlər kapitanı vəzifəsində çalışıb.

Müxtəlif illərdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” nə məxsus “Şuşa” , “Zəngilan” tankerlərində fəaliyyət göstərib.

İşinə ciddi və peşəkar yanaşması ilə seçilən Zakir Balaşovun Azərbaycan dənizçiliyinə verdiyi töhfə danılmazdır.

United Alliance Group kollektivi adından kapitan Zakir Balaşovun vəfatından kədərləndiyimizi bildirir, yaxınlarına baş sağlığı veririk.

Allah rəhmət eləsin!