“Bəstəkar Fikrət Əmirov” gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb

154

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Ro-Ro tipli “Bəstəkar Fikrət Əmirov” gəmisi əsaslı təmir olunub.

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri çərçivəsində gəminin sualtı və suüstü hissələri, baş göyərtəsi, mexanizmləri təmizlənərək  rənglənib.

Həmçinin gəminin baş mühərrikləri, soyuducuları, nasosları və digər mexanizmləri təmir olunub, iki ədəd köməkçi mühərrik isə dəyişdirilib.

Gəmidə gövdə-qaynaq, boruquraşdırma, avtomatika  və elektrikquraşdırma  işləri ilə yanaşı,  köməkçi  buxar qazanında  və  köməkçi  qazanda  təmir işləri həyata keçirilib.

Gəmidə rabitə və elektroradionaviqasiya sahəsinə aid müasir tip “İnmarsat-C” peyk rabitə terminalları, orta/qısa dalğalı radiostansiya, stasionar ultraqısa dalğalı radiostansiyalar, qəza radio mayakı, qəza-xilasetmə radiostansiyalar və vericilər, Avtomatik İdentifikasiya Sistemi (AİS), radiolokasiya stansiyaları, NAVTEKS cihazı, girokompas quraşdırılıb.  

Bundan başqa, sərnişin kayutları, dənizçilərin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir edilib.

Sınaq üzüşündən uğurla çıxan “Bəstəkar Fikrət Əmirov” gəmisi artıq istismara qaytarılıb.

Təmirdən sonra gəminin ilk səfərinin Türkmənistanın “Türkmənbaşı” limanına həyata keçirilməsi planlaşdırlır.