Aktau dəniz limanında keçən illə müqayisədə daha çox yük aşırılıb

346

2022-ci ilin yanvar-oktyabr aylarında Qazaxıstanın Aktau dəniz limanında  3,2 milyon ton yük aşırılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7% çoxdur. O cümlədən, 1,9 milyon tondan çox (+7%) neft, 385 min ton taxıl işlənib.

Konteynerli yüklərin aşırılması 17% artaraq 26,4 min TEU-nu ötüb.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Aktau limanı ilə yük daşınması 2022-ci ilin 10 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 66% artaraq 23,8 min TEU-dan çox olub.

Aktau dəniz limanı Qazaxıstan, İran, Azərbaycan, Rusiya və Türkiyəni birləşdirən nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir.