Bosfor boğazını keçmək üçün növbə gözləyən gəmilərin sayı 20% artıb

267

Bosfor boğazının şimal və cənubundakı lövbərlərdə tranzit gözləyən gəmilərin sayı noyabr ayında 2021-ci ilin eyni dövrü ilə müqayisədə (365 gəmi) 20% artaraq 439-a çatıb.

”Seanews.az” xəbər verir ki, növbə gözləyən gəmilərin sayının artması karantin rejimindən sonra  ticarət fəallığının bərpası və “taxıl müqaviləsi” ilə bağlıdır.

Xatırladaq ki, 2022-ci ilin iyulunda aparılan danışıqlar nəticəsində Ukrayna limanlarından taxıl ixracına dair iki saziş bağlanıb: bir sənəd Türkiyə, Ukrayna və BMT, ikincisi isə Türkiyə, Rusiya və BMT arasında imzalanıb. Müqavilələrdə kənd təsərrüfatı məhsullarının ixracının üç limandan – Odessa, Çernomorsk və Yujnıdan həyata keçirilməsi nəzərdə tutulur.