2100-cü ilə qədər Xəzər dənizinin səviyyəsi 4-5 metrədək enəcək

261

2015-ci illə müqayisədə 2080-ci ilə qədər təbii fəlakətlər səbəbindən ÜDM itkilərinin dörd dəfə artmasın proqnozlaşdırılır.

Oxu.Az xəbər verir ki, bu fikirlər İqtisadiyyat Nazirliyi və Dünya Bankının birgə təşəbbüsü çərçivəsində təqdimatı keçirilən “Azərbaycan yaşıl inkişafa doğru” hesabatında diqqətə çatdırılıb.

Digər bir proqnoza görə isə, 2100-cü ilə qədər Xəzər dənizinin səviyyəsi 4-5 metrədək enəcək. Eləcə də təbii fəlakətlərin sıxlığı və ağırlığı artacaq. 

Hesab olunur ki, qlobal azkarbonlu keçid və karbonsuzlaşma Azərbaycan neftinə uzunmüddətli tələbatı azaltmış olacaq. Aİ ölkələrində karbonsuzlaşdırma davam edərsə, Azərbaycan neftinin Aİ-yə ixracı 2035-ci ilə qədər 2,5 milyard dollaradək azala bilər.

Sayad Həsənli