“Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun məşqçiləri beynəlxalq yarışlarda iştirak ediblər

129

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun məşqçiləri Tatyana Srebnaya və Mixail Protasov Türkiyənin Marmaris şəhərində baş tutan 33-cü Beynəlxalq yarış həftəsində iştirak ediblər. 

Marmaris Beynəlxalq Yaxt Klubun təşkilatçılığı ilə baş tutan reqatada ölkəmizi iki qayıqla iki komada təmsil edib. Komandaların kapitanları İlkin Əliyev və Tatyana Srebnaya olub.

Ümumilikdə yarışda 23 ölkədən 123 komanda iştirak edib. Azərbaycan komandası ən çətin qruplardan hesab edilən IRC-2 və IRC-6 divizionlarında güclərini sınayıblar.

Yarışın ikinci günü dənizdə davam edib. 20 saat sürən gərgin mübarizə zamanı yelkənçilər 38 dəniz mili məsafə qət ediblər. Sutkanın qaranlıq vaxtı və küləksiz havada idmançılar naviqasiya cihazlarının köməyi ilə hərəkətdə olublar. Yüksək səviyyədə iradə və səbir nümayiş etdirən idmançlarımız İRS-2 divizionunda 7-ci yerdə qərarlaşa biliblər.

Marmarisdən Türkiyənin Göcek şəhərinə gələn təmsilçilərimiz burada “GÖCEK AUTUMN Race Week 2022” idman yarışına da qatılıblar.

23 ölkədən 102 yaxtanın iştirak etdiyi tədbirdə ölkəmizi kapitan Mixail Protasovun başçılıq etdiyi komanda təmsil edib.

IRC- 1 – Charter divizionunda yarışan komandamız əsasən bu idman növü ilə yenicə məşğul olmağa başlayan iştirakçılardan ibarət idi. Onlar yüksək balla qrupda 7-ci olmağı bacara bildilər.

Digər məşqçimiz Tatyana Srebnatanın komandası İRC-2 divizionunda öz gücünü sınayıb. Bu mərhələdə də ölkəmizi təmsil edən komandamız 7-ci yerlə kifayətlənib.