Türkiyə neft daşıyan tankerləri boğazlardan buraxmağa başlayıb

244

Türkiyə neft daşıyan tankerləri boğazlardan buraxmağa başlayıb.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Belə ki, Bosfor və Çanaqqala boğazlarından neft daşımaq üçün gözləyən tankerlərin növbəsi azalmağa başlayıb. Bu isə gəmilərin sığortası ilə bağlı məsələnin həlli deməkdir.

Dekabrın 11-də 19 tanker Boğaziçi və Çanaqqala boğazlarından keçmək üçün bir gün əvvəl növbədə olub.

Türkiyə hakimiyyəti bundan əvvəl boğazlardan keçməyi planlaşdıran neft tankerləri üçün sığorta şirkətlərindən təsdiq məktubu tələb edib. Bu səbəbdən boğazların girişində tıxac yaranıb.