Azərbaycanın ilk milli tankeri 239 min ton neft və neft məhsulları daşıyıb

267

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə “Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa olunmuş ilk milli tankerimiz “Laçın” gəmisi ilə indiyə qədər 238 788,6 ton neft və neft məhsulları daşınıb.

“Report” bu barədə ASCO-ya istinadən xəbər verir.

Məlumata görə, bu gün tankerin Prezident İlham Əliyevin iştirakı ilə istismara verilməsindən 3 il keçir. Onun uzunluğu 141 metr, eni 16,9 metr, dedveyti dənizdə 7 884 ton, çayda 5 455 ton təşkil edir. Tanker saatda 10 dəniz düyümü sürətlə hərəkət edir. Gəmi ümumi tutumu 9 190 kubmetr olan altı neft anbarına malikdir.