Azərbaycanda eyni vaxtda 30 idman kompleksində üzgüçülük yarışı keçiriləcək

128

Dekabrın 24-dən 26-dək Gənclər və İdman Nazirliyi Azərbaycanda eyni vaxtda 30 idman kompleksində “Birlikdə üzək” adlı üzgüçülük yarışı keçirəcək.

Nazirlikdən “Report”a verilən məlumata görə, yarışda əsas məqsədi su idmanı növlərinin daha geniş yayılması, inkişaf etdirilməsi, kütləviliyin artırılması və sağlam həyat tərzinin təbliğidir.

Hər bir iştirakçı 30 dəqiqə ərzində ən uzun məsafəyə üzmək uğrunda yarışacaq. Bütün iştirakçılara sertifikat və medal təqdim ediləcək. 30 dəqiqə ərzində ən uzun məsafəyə üzən (hər yaş qrupu üzrə ilk 3 nəfər) iştirakçılar qalib elan ediləcək və hədiyyə olaraq hovuzlara abunəlik qazanacaqlar.

Yarışlar 9 yaşdan yuxarı bütün yaş qruplarında (9-10 yaş, 11-12 yaş, 13-14 yaş, 15-16 yaş, 17-19 yaş, 20-24 yaş, 25-29 yaş, 30-34 yaş, 35-39 yaş, 40-44 yaş, 45-49 yaş, 50-54 yaş, 55-59 yaş və 60 yaşdan yuxarı) kişilər və qadınlar kateqoriyalarında keçiriləcək. Yarışlar dekabrın 24-də, 25-də və 26-da hər gün saat 10:00-13:00 və 15:00-18:00 aralığında keçiriləcək.

Yarışlarda iştirak ödənişsizdir. Qeydiyyat üçün [email protected] e-mailinə adınızı, soyadınızı, yaşınızı, telefon nömrənizi, yarışacağınız tarixi, vaxtı (10:00-13:00 və ya 15:00-18:00), üzəcəyiniz hovuzun adını yazıb göndərmək və ya sadəcə saat 187 qısa nömrəsinə (yaxud 012-499-79-85) zəng etmək (saat 09:00-dan 18:00-dək) kifayətdir.

Yarışlar aşağıdakı idman komplekslərinin üzgüçülük hovuzlarında keçiriləcək:

1.​Abşeron Olimpiya İdman Kompleksi

2.​Ağcabədi Olimpiya İdman Kompleksi

3.​Astara Olimpiya İdman Kompleksi

4.​Balakən Olimpiya İdman Kompleksi

5.​Beyləqan Olimpiya İdman Kompleksi

6.​Bərdə Olimpiya İdman Kompleksi

7.​Biləsuvar Olimpiya İdman Kompleksi

8.​Cəlilabad Olimpiya İdman Kompleksi

9.​Gəncə Olimpiya İdman Kompleksi

10.​Goranboy Olimpiya İdman Kompleksi

11.​Göyçay Olimpiya İdman Kompleksi

12.​Göygöl Olimpiya İdman Kompleksi

13.​Hövsan Olimpiya İdman Kompleksi

14.​Xaçmaz Olimpiya İdman Kompleksi”

15.​İmişli Olimpiya İdman Kompleksi”

16.​İsmayıllı Olimpiya İdman Kompleksi”

17.​Kürdəmir Olimpiya İdman Kompleksi

18.​Qusar Olimpiya İdman Kompleksi

19.​Lənkəran Olimpiya Idman Kompleksi

20.​Sumqayıt Olimpiya İdman Kompleksi

21.​Şağan Olimpiya İdman Kompleksi

22.​Şəki Olimpiya İdman Kompleksi

23.​Şəmkir Olimpiya İdman Kompleksi

24.​Şirvan Olimpiya İdman Kompleksi

25.​Tərtər Olimpiya İdman Kompleksi

26.​Tovuz Olimpiya İdman Kompleksi

27.​“Kür” Olimpiya Tədris İdman Mərkəzi

28.​Bakı Su İdman Sarayı

29.​Sərhədçi İdman Olimpiya Mərkəzi

30.​Bakı Tennis Akademiyası