Gələn ay Türkiyədə beynəlxalq qaz konfransı keçiriləcək

246

Gələn ay Türkiyənin İstanbul şəhərində beynəlxalq qaz konfransı keçiriləcək.

“Report” TRT telekanalına istinadən xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Fatih Dönməz bildirib.

F.Dönməz Avropaya qaz tədarükçüləri və istehlakçıların iştirakı ilə fevral ayında İstanbulda beynəlxalq konfrans keçirməyi planlaşdırdığını təsdiqləyib.

Bundan əvvəl nazir bildirib ki, qarşıdakı görüşdə Avropaya təbii qazın nəqli üçün Türkiyə ərazisində enerji mərkəzinin yaradılması məsələsinin müzakirəsi planlaşdırılır. Onun sözlərinə görə, hab vasitəsilə təkcə Rusiya təbii qazının deyil, Türkiyəyə gələn digər ölkələrin enerji daşıyıcılarının da nəqli planlaşdırılır.

F.Dönməz həmçinin qeyd edib ki, Türkiyə hub daxilində bağlanacaq əməliyyatlara hər hansı məhdudiyyət və ya nəzarət tətbiq etmək niyyətində deyil.