Təcrübəli kapitan Rasim Nəzərov vəfat edib

1081

Ömrünün böyük hissəsini gəmiçilik sahəsinə həsr edən veteran dənizçi Rasim Nəzərov vəfat edib.

Rasim Nəzərov ASCO-nun Nəqliyyat Donanmasına məxsus bir çox gəmidə müxtəlif vəzifələrdə çalışıb. O, qısa müddətdə öz bacarığı sayəsində kapitanlığa yüksəlib və uzun illər gəmi sürücüsü kimi dəniz nəqliyyatı sahəsinə töhfə verib.

Təcrübəli kapitan Rasim Nəzərov dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə 2012-ci ildə “Tərəqqi” medalına layiq görülüb. 2020-ci ildə isə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltiif olunub.

Rasim Nəzərov işinin vurğunu, savadlı mütəxəssis və səmimi insan kimi həmkarlarının xoş xatirələrində daim yaşayacaq.

ASCO rəhbərliyi və kollektivi adından həmkarımızın vəfatından kədərləndiyimizi bildirir, yaxınlarına başsağlığı veririk.

Allah rəhmət etsin!

SEANEWS.AZ