Türkiyənin “Bayraktar” şirkətinin Azərbaycandakı törəmə şirkəti olan “Bayraktar Texnologiya Azərbaycan” ( “Bayraktar Teknoloji Azərbaycan” MMC) işçilərin qəbuluna başlayıb. Şirkət ötən ilin payızında dövlət qeydiyyatına alınıb.
FED.az xəbər verir ki,”Bayraktar Texnologiya Azərbaycan” 18 vəzifə üzrə vakansiyalar elan edib.
Vakansiyalar aşağıdakılardır:
– Elektron Sistem Dizaynı Mühəndisi
– İnformasiya Texnologiyalarına Texniki Dəstək Mütəxəssisi
– İnsan Resursları Mütəxəssisi
– Inzibati Işləri Üzrə Satin Alma Mütəxəssisi
– Lojistika Anbar Mütəxəssisi
– Mexaniki dizayn mühəndisi
– Mühasibat Uçotu Mütəxəssisi
– PUA Pilotu
– Quraşdırılmış Proqram Təminatının İnkişafı Üzrə Mühəndis
– Sahə Texniki (Elektronika/Avionika)
– Süni İntellekt Proqram Təminatı Mühəndisi
– Tam Stack Proqram Mühəndisi
– Təmirin İdarə Edilməsi Üzrə Əməliyyatların Mütəxəssisi
– Təyyarə Baxım Texniki (Mexanik)
– Təyyarədə Baxım Texnik (Elektronika)
– Təyyarədə Baxım Texniki (Struktur Üzrə)
– Təyyarədə Təmir Mühəndisi
– Uçuşlara Nəzarət Mühəndisi
Şirkətində işləmək üçün buradan müraciət edə bilərsiniz (Bayraktar Teknologies Azerbaycan HR | Açıq vakansiyalar (bayraktartech.az)).
Xəbər verdiyimiz kimi, Dövlət Vergi Xidməti “Bayraktar Teknoloji Azərbaycan” MMC-ni dövlət qeydiyyatına alıb. Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, nizamnamə kapitalı 1,7 milyon manat, qanuni təmsilçisi isə Türkiyənin “Baykar Makina” şirkətinin sahə koordinatoru Hüseyn Topuzdur.
