“Bayraktar” Azərbaycanda işçilər yığır – ÇOXSAYLI VAKANSİYALAR

923

Türkiyənin “Bayraktar” şirkətinin Azərbaycandakı törəmə şirkəti olan “Bayraktar Texnologiya Azərbaycan” ( “Bayraktar Teknoloji Azərbaycan” MMC) işçilərin qəbuluna başlayıb. Şirkət ötən ilin payızında dövlət qeydiyyatına alınıb.

FED.az xəbər verir ki,”Bayraktar Texnologiya Azərbaycan” 18 vəzifə üzrə vakansiyalar elan edib.

Vakansiyalar aşağıdakılardır:

– Elektron Sistem Dizaynı Mühəndisi

– İnformasiya Texnologiyalarına Texniki Dəstək Mütəxəssisi

– İnsan Resursları Mütəxəssisi

– Inzibati Işləri Üzrə Satin Alma Mütəxəssisi

– Lojistika Anbar Mütəxəssisi

– Mexaniki dizayn mühəndisi

– Mühasibat Uçotu Mütəxəssisi

– PUA Pilotu

– Quraşdırılmış Proqram Təminatının İnkişafı Üzrə Mühəndis

– Sahə Texniki (Elektronika/Avionika)

– Süni İntellekt Proqram Təminatı Mühəndisi

– Tam Stack Proqram Mühəndisi

– Təmirin İdarə Edilməsi Üzrə Əməliyyatların Mütəxəssisi

– Təyyarə Baxım Texniki (Mexanik)

– Təyyarədə Baxım Texnik (Elektronika)

– Təyyarədə Baxım Texniki (Struktur Üzrə)

– Təyyarədə Təmir Mühəndisi

– Uçuşlara Nəzarət Mühəndisi

Şirkətində işləmək üçün buradan müraciət edə bilərsiniz (Bayraktar Teknologies Azerbaycan HR | Açıq vakansiyalar (bayraktartech.az)).

Xəbər verdiyimiz kimi, Dövlət Vergi Xidməti “Bayraktar Teknoloji Azərbaycan” MMC-ni dövlət qeydiyyatına alıb. Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, nizamnamə kapitalı 1,7 milyon manat, qanuni təmsilçisi isə Türkiyənin “Baykar Makina” şirkətinin sahə koordinatoru Hüseyn Topuzdur.