Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 15.02.2023-cü il tarixli 3-29/3-2-557/2023 nömrəli əmrinə müvafiq olaraq ADDA-nın “Humanitar fənlər” kafedrası “Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər planı”na əsasən 23-24 fevral tarixlərində bir sıra qruplarda “Xüsusi dərslər” təşkil etmişdir. “Xüsusi dərslər”in keçirilməsində əsas məqsəd “Xocalı faciəsi” və bu kimi Azərbaycan xalqının tarixində baş vermiş tarixi hadisə və proseslərin hər bir azərbaycanlının, o cümlədən yetişən gənc nəslin “Qan yaddaşı”na çevrilməsidir.
Dərslərdə “Humanitar fənlər” kafedrasının əməkdaşları və bir sıra dəvət olunan nümayəndələr yuxarda qeyd olunan mövzu ətrafında çıxışlar etmişlər.
adda.edu.az