Anaklia limanının tikintisi üçün tender elan edilib

267

Gürcüstanın Baş nazirinin müavini Levan Davitaşvilinin sədrliyi ilə keçirilən idarələrarası komissiyanın iclasında Anakliada dərin dəniz limanının tikintisi üçün investorun axtarışı müsabiqəsi elan edilib.

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi bir neçə ay ərzində beynəlxalq məsləhətçiləri cəlb etməklə layihə üçün ən yaxşı investoru müəyyən edəcək. Paralel olaraq, dövlət mövcud ekoloji mühəndislik işlərini yeniləyəcək və hazırlıq işlərinə başlayacaq.

Qalib müəyyən edildikdən sonra səhmlərin 51%-nin dövlətə, 49%-nin isə investora məxsus olacağı müştərək şirkət yaradılacaq. Ehtimal olunur ki, dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində birgə şirkət layihənin həyata keçirilməsi üçün zəruri vəsaitin cəlb olunmasını təmin edəcək, limanın tikintisini başa çatdıracaq və fəaliyyətə başlayacaq,

Müraciətlər texniki, investisiya, maliyyə, kadr və əməliyyat tələbləri əsasında qiymətləndiriləcək. Qiymətləndirmənin nəticələrinə əsasən, komissiya qalibi (yaxud bir neçə ən yaxşı namizədi) müəyyən edəcək və konsessiya müqaviləsi və tərəfdaşlıq müqaviləsi üzrə danışıqlara başlayacaq. Qalibi müəyyən etmək üçün tələb olunan əsas müddət təxminən 12 aydır.