Rusiyanın gəmiqayırma müəssisələri yeni sanksiyalar siyahısına daxil edilib

260

Yaponiya Rusiyaya qarşı növbəti sanksiyalar paketi çərçivəsində 48 fiziki şəxs, 73 təşkilat və ayrı-ayrılıqda “Rosbank”-a qarşı fərdi məhdudiyyətlər, o cümlədən aşkar edildiyi təqdirdə aktivlərin dondurulacağını tətbiq edib. Bundan başqa, 21 təşkilata qarşı ixrac məhdudiyyəti nəzərdə tutulur.

“Seanews.az” xəbər verir ki,  aşkar ediləcəyi təqdirdə aktivləri dondurulacaq təşkilatların siyahısına, xüsusən, “Vımpel” gəmiqayırma zavodu, “Baltik” gəmiqayırma zavodu, “Admiralty” gəmiqayırma zavodları, “Rubin” Mərkəzi Konstruktor Bürosu, “Zvezdoçka” Gəmi Təmiri Mərkəzi, “Laxta Park” şirkətinin “Sudoexport” ASC-si daxildir.

Xatırladaq ki, daha əvvəl Avropa İttifaqının sanksiyaları Rusiyanın gəmiqayırma və gəmi təmiri sənayesinə tətbiq edilmişdi. Həmin sanksiyalar müəssisələri, layihə və konstruktor bürolarını, gəmi avadanlığı istehsalçılarını, sənaye tədqiqat institutlarını və tədqiqat mərkəzlərini əhatə edirdi. “FSUE Atomflot” isə Avropa İttifaqının sonuncu, onuncu sanksiya siyahısına daxil edilib.