“Vaqif Cəfərov” gəmisinin bosmanı vəfat edib

1030

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “Vaqif Cəfərov” gəmisinin bosmanı Həmid Rəsulov vəfat edib.

Həmid Rəsulov 18 mart 1966-cı ildə Göyçay rayonunda anadan olub.

O, 1989-cu ildə 1-ci dərəcəli matros kimi üzən heyətin sıralarına qoşulub. Daha sonralar ASCO-nun müxtəlif gəmilərində bosman vəzifəsində işləyib.

Ailəli olub, özündən sonra bir övladı yadigar qalıb.

Həmid Rəsulov həmkarları arasında işgüzarlığı və bacarığı ilə yadda qalıb. Onun əziz xatirəsi dənizçi yoldaşlarının qəlbində daim yaşayacaq.

ASCO rəhbərliyi və kollektivi adından Həmid Rəsulovun vəfatından kədərləndiyimizi bildirir, yaxınlarına başsağlığı veririk.

Allah rəhmət eləsin!

asco.az