Mingəçevirdə avarçəkmə üzrə ölkə birinciliyi keçiriləcək

312

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) martın 11-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində ölkə birinciliyi təşkil edəcək.

AKAF-dan “Report”a verilən məlumata görə, “Gənclər Kuboku” adı altında təşkil olunacaq turnirdə Mingəçevir və Bakıdan olan 2005-2010-cu il təvəllüdlü 80 nəfər yeniyetmə və gənc idmançı mübarizə aparacaq.

Avarçəkənlər akademik, kayak və kanoe növlərində yarışacaqlar. Turnirin qalibləri diplom və medallarla mükafatlandırılacaqlar.

Qeyd edək ki, 4 – 7 mayda “Prezident Kuboku-2023” beynəlxalq reqatası öncəsi təşkil olunacaq yarış həm də idmançıların hazırlıq səviyyəsini yoxlamaq məqsədi daşıyır. “Gənclər Kuboku”nda fərqlənən idmançılar “Prezident Koboku” beynəlxalq reqatasında iştirak hüququ qazanacaq