Liverpul limanında yaşıl ammonyakın qəbulu üçün böyük terminal tikiləcək

244

Liverpul limanında yaşıl ammonyak qəbul etmək üçün böyük terminal tikiləcək. Terminalın və infrastrukturun tikintisi əhəmiyyətli həcmdə yaşıl ammonyakın Böyük Britaniyaya idxalına imkan verəcək.

“Essar Group”-un mətbuat xidməti xəbər verir ki, yeni terminal “Stanlow Terminal”-ının genişləndirilməsi layihəsinin bir hissəsi kimi inşa ediləcək və ildə 1 milyon tondan çox yaşıl ammonyak idxalına və saxlanmasına imkan verəcək. “Essar Group” terminalı Qucaratdakı (Hindistan) layihədən öz istehsalı olan ammonyakla da təmin edəcək.

Yeni terminal dərin olacaq və böyük tutumlu tankerlər-qaz daşıyıcılarını qəbul edə biləcək. Hazırda layihənin texniki-iqtisadi əsaslandırılması hazırlanır. Terminal 2027-ci ildə istifadəyə verilməlidir.

Qeyd edək ki, Hindistanın “Essar Group” şirkətinin əsası 1969-cu ildə qoyulmuşdur.

“Seanews.az”