Aprelin ilk günündən Volqa-Xəzər kanalında dibdərinləşdirmə işlərinə start veriləcək

363

Aprelin 1-də Volqa-Xəzər dənizi gəmiçilik kanalında dərinləşdirmə mövsümü açılacaq.

“Rosmorrechflot”un mətbuat xidmətinin məlumatında belə deyilir.

“Rosmorrechflot-un rəhbəri Zaxari Djioyevin sədrliyi ilə keçirilən iclasda bildirilib ki, hazırlıq qrafik üzrə gedir. Dibdərinləşdirmə texnikası yaxşı vəziyyətdədir.

Aprel ayı ərzində kanalda işləyən yerqazan gəmilərin sayı 10-a, may ayında isə 15-ə çatdırılacaq. Gələcəkdə əlavə dibdərinləşdirmə donanması cəlb etməklə gündəlik hasilat həcmin artırılması planlaşdırılır.

Rusiya Federasiyasının Prezidenti 2023-cü ildə kanalda gəmilərin keçməsi üçün 4,5 metrlik dəriniyi təmin etməyi tapşırıb. Bunun üçün kanalda ümumilikdə təqribən 12 milyon kubmetr torpaq qazılmalı və çıxarılmalıdır. Bu, 2022-ci ildə bütün Rusiya Federasiyasında aparılan dərinləşdirmə həcminin yarısından çox deməkdir.

“Seanews.az”