İstanbul sakinlərinə fırtına xəbərdarlığı edildi

251

Türkiyənin bəzi bölgələrində fırtına olacağı ilə bağlı xəbərdarlıq edilib.

Edirne, Kırklareli və Tekirdağda axşam saatlarında, sabah isə İstanbul, Kocaeli, Sakarya və Yalova ətrafında güclü fırtına gözlənilir.

Balkan yarımadasına doğru hərəkət edən soyuq hava axını ilə əlaqədar ərazidə şaxta olacağı proqnozlaşdırılır.

İnsanlara xəbərdarlıq edilib, diqqətli və ehtiyatlı olmaları istənilib.

Mənbə: Anadolu