FHN-nin Xəzər Hövzə Qəza- Xilasetmə Xidmətinə 900 min manatlıq sifariş

471

Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyəti  dibdərinləşdirmə işləri ilə bağlı tenderin nəticələrini açıqlayıb.

FED.az xəbər verir ki, FHN-nin Xəzər Hövzə Qəza- Xilasetmə Xidməti (VÖEN: 1700691571) qalib olub.

Şirkətlə 900 000 manat məbləğində müqavilə imzalanıb.

Müqavilədə Xəzər Hövzə Qəza -Xilasetmə Xidmətinin Dib dərinləşdirmə işləri idarəsinin Kür çayında ( Salyan və Neftçala rayonlarından keçən ərazisində) və deltasında dib dərinləşdirmə işləri nəzərdə tutulur.