Elşad Nuriyev: “Tanker tipli gəmilərin inşası üçün xarici ölkələrdən də sifarişlər gözlənilir”

381

“İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidenti – “Bakı Gəmiqayırma Zavodu” MMC-yə bu gün suya salınmış “Zəngilan” tankeri tipli gəmilərin inşası üçün sifarişlərin daxil olacağı gözlənilir”.

Oxu.Az xəbər verir ki, bu sözləri İZİA idarə heyətinin sədri Elşad Nuriyev deyib. Onun sözlərinə görə, xarici ölkələrdən də sifarişlər gözlənilir:

“Bununla bağlı işlər aparılır. Əsas məqam zavodu optimallaşdırıb, tikinti sürətini artırmaqdır”.

Nəzrin Vahid