Filippində göyərtəsində 120 sərnişin olan bərə yanıb

171

Filippində 120 sərnişin və ekipajı daşıyan bərə dənizdə yanıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Sahil Mühafizəsinin nümayəndələrinə istinadən “Associated Press” məlumat yayıb.

Qeyd olunub ki, “Esperanza Star” gəmisi səhər saatlarında Filippinin Siqihor əyalətindən Bohol əyalətinə üzərkən anidən alovlanıb.

Hazırda neçə nəfərin xilas edildiyi və qurbanların olub-olmaması barədə məlumat verilmir.