Səudiyyə Ərəbistanı Fars körfəzində gəmiçilik təhlükəsizliyini artırmaq istəyir

276

Səudiyyə Ərəbistanı Fars körfəzində İranla birlikdə gəmiçilik təhlükəsizliyini gücləndirmək niyyətindədir.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri, şahzadə Feysəl bin Fərhan Əl Səud deyib.

“İki ölkə arasında regional təhlükəsizlik, xüsusilə dənizçiliyin təhlükəsizliyi sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd etmək istərdim. Regiondakı bütün dövlətlər arasında əməkdaşlığın əhəmiyyəti ondan ibarətdir ki, o, kütləvi qırğın silahlarından azad olsun”, – şahzadə bildirib.

Dünya neftinin beşdə birinin keçdiyi Fars körfəzi ilə Oman körfəzi arasında strateji cəhətdən əhəmiyyətli Hörmüz boğazından tankerlərin hərəkəti son vaxtlar regionda hərbi mövcudluğunu artıran İran və ABŞ arasında qarşıdurma mərkəzinə çevrilib.