“Dənizçi günü” peşə bayramı münasibətilə uzun illər Bakı Limanında çalışan və vəzifələrini məsuliyyətlə icra edən bir qrup limançı “Əmək veteranı” adına layiq görülüb.
Bu gün Bakı Limanının Baş direktoru Taleh Ziyadov tərəfindən fəxri adlarla təltif edilən sabiq və indiki əməkdaşlarla görüş keçirilib. Görüş zamanı liman rəhbərliyi, ölkəmizdə dəniz xidmətləri və logistika sahəsində çalışan əməkdaşlara, bu sahənin inkişafına olan dövlət qayğısından danışaraq, ölkə başçısı cənab İlham Əliyevin hər zaman Bakı Limanının fəaliyyətinə böyük diqqəq göstərdiyini bildirib. Görüşdə ömrünün böyük hissəsini Bakı Limanının fəaliyyətinə həsr edən limançılar bu ali mükafat münasibətilə təbrik edilib, onlara uğurlar və cansağlılığı arzu edilib, fəxri adlar təqdim edilib.





Source:https://www.facebook.com/BakuSeaTradePort