Rusiya mənşəli olduğu güman edilən neftin gəmidən-gəmiyə aşırıldığı aşkarlanan gəmilərin Aİ-yə üzv ölkələrin limanlarına girişi qadağan ediləcək. Bu, Avropa İttifaqının qəbul etdiyi növbəti, 11-ci sanksiyalar paketinin bəndlərindən biridir.
“Splash”-in məlumatına görə, son 17 ay ərzində Rusiya nefti kiçik tankerlərdən böyük tutumlu gəmilərə, əsasən Yunanıstan və İspaniya sahillərində vurulub.
“Braemar”-ın mart ayındakı analitik hesabatında isə əvvəlki doqquz ay ərzində neftin bortdan-borta ötürülməsinə tələbat gündə orta hesabla 10,8 milyon ton olub. 2016-cı ildən 2019-cu ilə qədər olan dövrdə isə bu göstərici 6,7 milyon tonu keçməyib.
Mütəxəssislər tələbatın artımını qismən Rusiya neftinin Asiyaya daşınması ilə əlaqələndirirlər, lakin son bir ildə ABŞ-dan Avropaya neft ixracının artması da öz rolunu oynayıb.
“Seanews.az”