2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin İstanbul limanı 670 min 564 ton yük qəbul edib.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Məlumata görə, İstanbul limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 2 min 282 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 668 min 282 ton yük daşınıb.
“2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin İstanbul limanından 20 min 372 ton tranzit yük aşırılıb”, – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2023-cü ilin iyul ayında Türkiyə limanları 32 milyon 524 min 506 ton yük qəbul edib.