Dünyanın ən böyük konteynerdaşıyan gəmisinə “Türkiyə” adı verilib

457

Dünyanın 155 ölkəsində 760 gəmisi olan nəhəng konteyner operatoru MSC (Mediterranean Shipping Company) Türkiyədə Cümhuriyyətin elan edilməsinin 100-cü ildönümü münasibətilə, Çində istehsal edilən gəmisinə “Türkiyə” adını verib.

 “Seanew.az” xəbər verir ki, bu, dünyanın ən böyük konteyner daşıma qabiliyyətinə malik gəmisidir. Uzunluğu 399,9, eni 61,3 və dərinliyi 33,5 metr olan gəmi eyni anda 24 min 346 standart konteyner daşımaq qabiliyyətinə malikdir.   Qeyd edək ki, “Megamax” sinfinə aid “MSC Türkiyə” gəmisi hazırda Şərqi Çin dənizindədir.