Bakı Limanının əməkdaşları “Xəzəri qoruyaq” adlı Beynəlxalq layihədə iştirak ediblər

330

Bakı Limanı bu il də “Xəzəri qoruyaq” adlı Beynəlxalq Sahil Təmizləmə kampaniyasının tərəfdaşı olub. Beynəlxalq kampaniya bu il Bakı Limanının və bir sıra beynəlxalq və yerli şirkətlərin o cümlədən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, “EcoHub” ekoloji platformasının icraçı tərəfdaşlığı ilə təşkil olunub.

Layihənin məqsədi ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətli yanaşma prinsiplərinin təbliğidir. Layihədə Bakı Limanın əməkdaşları da iştirak edərək Xəzəryanı sahil ərazilərini təmizləyiblər.

Source:https://www.facebook.com/BakuSeaTradePort