“CMA CGM” və “Maersk” gəmiçilik sənayesinin dekarbonizasiya proqramını birlikdə həyata keçirəcəklər

222

Danimarka nəqliyyat və logistika qrupu “A.P. Moller‒Maersk A/S” (“Maersk”) və Fransanın xətti gəmiçiliyi “CMA CGM” sənayenin karbonsizləşdirilməsi ilə bağlı bir neçə sahədə qüvvələri birləşdirməyə razılaşıblar.

“Seanews.az”-ın məlumatına görə, tərəfdaşların birgə press-relizində belə deyilir.“CMA CGM” və “Maersk” donanmanın istismarı zamanı sıfır tullantılara nail olmaq məqsədini qarşıya qoyublar və bu onillikdə səmərəli ola biləcək sənayenin dekarbonizasiya proqramını genişləndirməyin yollarını müəyyən edirlər.Hər iki gəmiçilik xətti konteyner gəmiləri üçün alternativ, ekoloji cəhətdən təmiz yanacaqlardan istifadə sahəsində əməkdaşlığı inkişaf etdirəcək.Tərəfdaşlar, həmçinin ammonyakdan istifadə kimi digər alternativ həllərin birgə tədqiqatını və inkişafını davam etdirəcəklər.“Maersk” və “CMA CGM” şirkətləri Beynəlxalq Dəniz Təşkilatı (IMO) tərəfindən gəmilərdən karbon qazı emissiyalarını azaltmaq üçün strategiyanın qəbulunu və ekoloji cəhətdən təmiz daşıma həllərinə tələbi stimullaşdıracaq regional səyləri alqışlayırlar.Qeyd edək ki, “A.P. Moller‒Maersk A/S” 130-dan çox ölkədə fəaliyyət göstərən nəhəng beynəlxalq şirkətlər qrupudur. 105 min işçisi olan qrupa ən böyük xətti konteyner daşıyıcısı “Maersk Line” daxildir.Qərargahı Fransanın Marsel şəhərində yerləşən “CMA CGM” 1978-ci ildə yaradılıb. Bu gün dünyada üçüncü böyük xətti konteyner daşıyıcısı olan qrup dünyada 420-dən çox limana yan alan 506 gəmidən ibarət donanmanı idarə edir.

seanews.az