Hörmətli dənizçilər!

482

Hörmətli dənizçilər!
Qabaqcıl ölkələrin dənizçilik sahəsində təcrübələrin öyrənilməsi və bunların ölkəmizdə tətbiqinə xüsusi diqqət yetirən “United Alliance Group”un təlim mərkəzində mütəmadi olaraq beynəlxalq standartlara uyğun tədris olunan endirimli STCW kurslarında iştirak edə bilərsiniz.
Mərkəzdə həm ingilis, həm də Azərbaycan dilində 30-dan çox çoxillik təcrübəyə malik beynəlxalq kvalivikasiyaya malik peşəkar mütəxəssislər tərəfindən “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” (STCW) Beynəlxalq Konvensiyasının tələblərinə uyğun olaraq kurslar tədris olunur.
Dənizçilər eyni zamanda Dövlət Dəniz və Liman Agentliyinin verdiyi tanınma şəhadətnaməsi ilə yanaşı Panama Dəniz Administrasiyası tərəfindən verilmiş müvafiq səlahiyyət əsasında STCW sertifikatlarını əldə edə bilərlər.
Qeyd edək ki, təcrübi dərslər mütəmadi olaraq “United Alliance Group”un təlim-tədris mərkəzinin bazasında dənizçilərə əyani olaraq keçirilir.
Müəsisəmizdə tədris edilən kursların bir neçəsini sizə təqdim edirik:
1. Gəmi Mühafizəsi üzrə ümumi hazırlıq və təlimat
2. Maşın şöbəsinin resurslarının idarə olunması
3. Əmniyyətli İdarəetmə Haqqında Beynəlxalq Məcəllə
4. . Neft və kimyəvi maddələr daşıyan tankerlərdə yük əməliyyatlarına dair ilkin hazırlıq və kvalifikasiya
5. Gəmidə Tibbi Nəzarət
6. Gəminin mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik şəxslərin hazırlığı
7. Təhlükəli və zərərli yüklərin daşınması
8. Elektron xəritə displeyinin və informasiya sistemlərinin istismar qaydaları
9. Gəminin İdarə olunması və Manevr edilməsi
10. Global dəniz fəlakət və Əmniyyətli rabitə sisteminin məhdud operatoru
11. 1000 volt və artıq olan gərginlik sistemlərinin təhlükəsiz istismarı və onlara texniki nəzarət
Təlim mərkəzimizdəki kursların tam siyahısı və qeydiyyatdan keçmək üçün https://unitedalliancegroup.com/az/page/telim-stcw linkə keçid edə bilərsiniz.

Source: