Gəmiçilik şirkətində ammonyaka tələbatın artacağını düşünürlər

272

Yaponiyanın “Mitsui O.S.K. Lines” (“MOL”) gəmiçilik şirkəti “Yara Clean Ammonia Switzerland” ilə “Green Pioneer” tankeri üçün taym-çarter müqaviləsi bağlayıb.

“Seanews.az” xəbər verir ki, gəmidən Sakit okean hövzəsində ammonyak daşımaq üçün istifadə ediləcək.

“MOL” gəmiçilik şirkətində getdikcə alternativ yanacaq kimi daha çox istifadə olunan ammonyaka gələcəkdə tələbatın artacağını düşünürlər.

Qeyd edək ki, “Green Pioneer” 2010-cu ildə “Hyundai Mipo Dockyard” tərsanəsində təchizat gəmisi kimi tikilib, lakin sonra onu kimyəvi tankerə çeviriblər. Tankerin çənlərinin tutumu 34,5 min kubmetr, suya oturumu 10.41 metrdir.