Muuqa limanında boş ərazilərin işlənməsi üçün investorlar axtarılır

288

Estoniyanın Tallin şəhərinin Liman İdarəsi Muuqa limanının şərq hissəsindəki 7,6 hektar boş ərazinin işlənməsi üçün investorların axtarışına başlayıb.

“Seanews.az” xəbər verir ki, bu barədə limanın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, liman rəhbərliyi bu sahədə LNG terminalı və ya digər istehsal və logistika kompleksinin yaradılmasında maraqlıdır.

“Ərazinin müfəssəl planlaşdırılması layihəsi burada qazın qəbulu üçün terminal tikmək hüququnu təmin edir. Əgər LNG terminalının tikintisinə ehtiyac olmasa, ayrılmış sahədən limanın istehsalı sahəsi kimi, məsələn, anbarların və istehsal müəssisələrinin tikintisi üçün istifadə edilə bilər”, – məlumatda deyilir.

Həmçinin aydınlaşdırılır ki, investorlar uzunluğu 198 metr, dərinliyi 10,8 metr olan 33 saylı yanalma körpüsündən istifadə edə biləcəklər. Meliorasiya işləri ilə əlaqədar 7,6 hektar inşaat sahəsinin maksimum 6,7 hektaradək  genişləndirilməsi də mümkündür. Potensial investorların müraciətləri 31 may 2024-cü il tarixinədək qəbul ediləcək.