Yeni Türkiyə xətti xidmətə başlayıb

259

Türkiyənin yeni konteyner xətti “ULD Shipping” Novorossiysk limanına fider xidmətinə başlayıb.

Bu barədə “Seanews.az” “Alphaliner”-ə istinadən xəbər verir.

Xəttə 634 TEU tutumlu iki konteyner gəmisi cəlb edilib.

“Böyük xətlər Rusiya bazarını tərk etdikdən sonra bu boşluğu tez bir zamanda bir çox şirkətlər, o cümlədən yeni daşıyıcılar doldurdu. Bunlar “FESCO”, “Reel Shipping”, “New New Shipping / Torgmoll”, “OVP”, “Safetrans”, “Mountain Air Shipping”, “Neco”, “Modul” və “Global Field”, – nəşr qeyd edir.