ABŞ-də böyük avtomobil körpüsü gəminin çırpılması nəticəsində uçub

413

Avtomobildə olan ən azı yeddi nəfərin Baltimor şəhərində yük gəmisinin körpüyə çırpılması nəticəsində suya düşdüyü ehtimal edilir.

Bu barədə Baltimor şəhərin fövqəladə hallar xidməti idarəsi məlumat yayıb. 

Məlumata görə, hadisə yerinə dalğıc-xilasedicilərdən ibarət qrup gəlib və suya düşən insanları axtarır.

Mənbə: CBS News