Rusiyadan yola çıxan gəmi Çanaqqala boğazında ilişib qaldı

212

Rusiyadan Misirə gedən Liberiya bayraqlı “Lila Piraeus” yük gəmisinin Çanaqqala boğazından keçərkən mühərrikində nasazlıq yaranıb.

Bu barədə “X”də (keçmiş “Twitter”) Türkiyə Sahil Mühafizəsinin Baş İdarəsi məlumat yayıb.

179 metrlik gəminin yedəklə Karanlık limanındakı lövbərə çəkildiyi bildirilib.

Qeyd olunub ki, boğazda naviqasiya üçün heç bir maneə yoxdur.